İyun aynın 8-də Gəncə
şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxu zalında Səriyyə Müslümqızının
“Geriyə baxma” adlı kitabının təqdimatı keçirildi.
Tədbirdə Gəncə
Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətin, Dini qurumlarla iş üzrə
Dövlət komitəsi, Gəncə şöbəsinin sədri Həsən Məmmədov, İlahiyyat İnstitutunun
kafedra müdiri, dosent Anar müəllim Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Məleykə
Alı oğlu, şairə Zenfira Əlişqızı, “Erməni təcavüzünün tanıdılması” İB-nin sədri,
yazıçı publisist Səriyyə Müslümqızı, Gəncə şəhər İcra Hakimiyyətinin
ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yadigar Bədəlov,
yazıçı - publisist, jurnalist, "Gəncənin səsi" qəzetinin redaktoru Rəfiqə
Sadıqova, Millət vəkili, tarix üzrə fəlsəfə doktoru, dosent Pərvin Kərimzadə,
yazıçı-publisist, ictimai xadim Nüşabə Əsəd Məmmədli, Gəncə Gənclər Təşkilatının
sədri Həmid Nəsirov, Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, AYB Gəncə bölməsinin
məsləhətçisi Aləmzər Əlizadə, YAP Gəncə təşkilatının məsləhətçisi Hüseyn
Budaqov, müstəqil jurnalist Zakir Muradov, Gəncə DİM rəhbəri Nəsimi Məmmədov,
“Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu, "Novosti
Gandja" qəzetinin müxbirləri Fatma Cəfərova, Mahir İsayev. Psixoloq,
"Sona psixologiya mərkəzi"nin rəhbəri Sona xanım, Gəncə Tibb
Kollecinin müəllim və tələbələri, fəal oxucular iştirak etdilər.
Tədbir Dövlət
Himnimizin səsləndirilməsi ilə başladı, şəhidlərimizin ruhu bir dəqiqəlik
sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Kitabxananın müdiri Fəridə xanım
iştirakçıları əvvəlcə soyqırımdan bəhs edən "Xocalı zülmət bir gecə" filmini izləməyə dəvət etdi. Sonra isə tədbir iştirakçılarına söz verildi.
Müəllif Səriyyə
Müslümqızı çıxışında bildirdi ki, düz 30 il bundan öncə Xocalı soyqırımı zamanı
qətlə yetirilən 70 ahıldan bəhs edən bu sənədli əsər bu ilin fevralında qardaş
Türkiyənin ali təhsil ocaqlarında və Avropa ölkələrində təqdimatı yüksək səviyyədə
keçirilmişdi. Regionda isə ilk dəfə Gəncə şəhərində bu kitabın təqdimat mərasimini
keçirmək qərarına gəldik.
Çıxış edən natiqlər
Xocalı soyqırımı haqqında ürək ağrısı və göz yaşları içində danışdılar.
Bildirildi ki, xalqımızın qanlı səhifəsi olan Xocalı soyqırımını heç bir zaman
unutmaq olmaz. Düşmənin mənfur xislətini ifşa etmək, indiki və gələcək nəsillərə
başımıza gətirilən müsibətləri çatdırmaq lazımdır. Bu baxımdan informasiya
resurslarında Qarabağ həqiqətləri, Xocalı soyqırımı haqqında məlumatlar
artırılmalıdır. “Geriyə baxma” kitabı da erməni faşizmininin ifşa edilməsi üçün
vacib kitablardan biridir.
44 günlük haqq
savaşımızdan danışan tədbir iştirakçıları vurğuladılar ki, Vətən müharibəsində
Xocalı cəlladları da məhv edildi. Şəhidlərimizin ruhu rahatlıq tapdı. Artıq
başı uca, qalib xalq kimi qürurlu həyat yaşayırıq. Bundan sonra xalqımız ancaq
zəfərlər çalacaq. Bütöv Azərbaycan uğrunda amalımıza addımlayırıq.
“Gəncənin səsi
"qəzetinin redaktoru Rəfiqə Sadıqova "Xocalının səsi" qəzetinin
mərhum redaktoru Sərdar Mehdiyevi xatırladaraq xocalılar kimi onların doğma qəzetlərinin
də didərgin həyatı yaşadığını diqqətə çatdırdı. Gəncəyə pənah aparan “Xocalının
səsi”nə “Gəncənin səsi” qəzetinin redaksiyasında yer ayrıldığını, kollektiv tərəfindən
Xocalının faciəsini yazan qəzetə hər cür dəstəyin göstərildiyini dedi. Rəfiqə
Sadıqova Gəncə mətbəəsinin sədri mərhum İlham İmamquliyevin “Xocalının səsi” qəzetinə
göstərdiyi diqqət və qayğıdan da danışdı. Bildirdi ki, Xocalıya ədalət istəyən
qəzeti yaşatmaq üçün dəstək göstərilməli və daha çox tirajla, rəngli formada nəşrə
hazırlamaq lazımdır.
Dərd insanı zamanla
dözümlü edir. Dərdi həm də bölüşdükcə, danışdıqca, yazdıqca insan təskinlik
tapır. Xocalı soyqırımında
anası, yaxın qohumları şəhid olan Səriyyə xanım özündə güc toplayaraq Xocalı
müsibətlərinin dünyaya çatdırılmasında yazdığı kitablarla, ərsəyə gətirdiyi sənədli
filmlərlə böyük xidmətlər göstərir.